“Bakıdan Şərqi Zəngəzura 45 dəqiqəyə çatacağıq”-millət vəkili Hadisə

“Bakıdan Şərqi Zəngəzura 45 dəqiqəyə çatacağıq”-millət vəkili

“45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacağıq. Bu gün açılışı olan Zəngilan Beynəlxaq Hava Limanı bu imkanı bizlərə yaşadacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov qeyd edib. Millət vəkili əlavə edib ki, Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verir: “Bu ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha gücləndirildiyindən xəbər verir”.