3 Oktyabr 17:04
3 Oktyabr 13:42
3 Noyabr 2022 20:49
2 681
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 154 nəfər müalicə olunaraq sağalıb, 9 951 nəfər vəfat edib, aktiv xəstə sayı 313 nəfərdir.
Ölkədə son sutka ərzində 1 957, hazırkı dövrədək isə 7 327 421 test aparılıb.
3 Oktyabr 17:06
1 029
3 Oktyabr 10:18
1 148
2 Oktyabr 22:07
1 316