Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib - YENİLƏNİB-2
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib
MEK-də “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş virtual sərgi hazırlanıb
Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır
Baş katib Qazaxıstan-Azərbaycan fiberoptik kabelinin Türk dövlətləri üçün əhəmiyyətindən danışıb
19 Noyabr 2022 10:58
3 668
Oğuzda itkin düşən ruhi xəstənin meşədə yırtıcılar parçalayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, bugün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.
Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.