Yevlaxda 26 yaşlı qız oğurlanıb Hadisə

Yevlaxda 26 yaşlı qız oğurlanıb

Yevlaxda 26 yaşlı qız oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də saat 9 radələrində 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

Araşdırma aparılır.