Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
4 Dekabr 2022 16:20
2 632
Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib.
DYP-dan bazar günü Trend-ə bildirilib ki, qeyd olunan istiqamətlərdə hərəkət edən avtomobillərin sürücüləri saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumatlar verilmiş, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyyə edilmiş, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmışdır.
Sürücülərin gedəcəkləri istiqamətlər üzrə yolun vəziyyəti operativ öyrənilərək onlara bu barədə və daha təhlükəsiz hesab olunan alternativ yolardan istifadə barədə məlumatlar verilmişdir.
Qeyri sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütamədi olaraq davam etdiriləcəkdir.
30 İyun 22:01
1 162
30 İyun 21:58
1 134
30 İyun 19:11
1 246