Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət Hadisə

Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət

İsveç-Azərbaycan Federasiyası Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Avropa Parlamentinə, İsveç Parlamentinə və İsveçin Xarici İşlər naziri Marqot Valströmə müraciət göndərib.
Müraciətdə 1992-ci ilin 26 fevralında ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə məlumat verilib, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu diqqətə çatdırılıb.
Müraciətdə bu qətliamın bəşəriyyət tarixində ən qorxulu kütləvi terror aktlarından biri olmasına baxmayaraq hələ də Avropa Parlamentitərəfindən soyqırım aktı kimi tanınmaması ilə bağlı narazılıq ifadə olunub. Müraciətdə həmçinin, ermənilərin1988-ci ildən bəri Dağlıq Qarabağbölgəsində törətdiyi cinayətlər sadalanıb, Xocalı soyqırımının XX əsrin Xatın, Naqasaki, Xirosima qətliamları ilə müqayisə olunduğu bildirilib: "Beynəlxalq konvensiyalar, qəbul edilmiş beynəlxalq sənədlər Xocalısoyqırımı və buna bənzər soyqırımlarını pisləyir və qəbuledilməz sayır. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında"BMT Konvensiyasına əsasən Ermənistan hökümətini beynəlxalq hüquq qarşısında cavab verməyə vadar edilə bilər".
Hazırda hakimiyyətdə olan Serj Sarkisyan, Seyran Ohanyan, eləcə də Robert Köçəryan və digər şəxslərin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğu diqqətə çatdırılıb. Sonda İsveç-Azərbaycan Federasiyasının üzvləri adından Avropa Parlamentindən Xocalısoyqırımının tanınması və bu qətliamda günahı olan şəxslərin cəzalandırılması tələb edilib.