Daha bir ölkədə Quranı yandırdılar Hadisə

Daha bir ölkədə Quranı yandırdılar

İfrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına İsveçə qarşı sərt reaksiyalar davam edərkən, buna bənzər skandal bir hadisədə Hollandiyanın Haaqa şəhərində yaşanıb.

"Xalq Cəbhəsi" xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyadakı “Pegida” platformasının lideri Edvin Vaqensveld əvvəlcə Qurani-Kərimi media nümayəndələri qarşısında cırıb, sonra isə yandırıb.

Belə ki, o, dünən müvəqqəti Nümayəndələr Palatasının qarşısında əlində Quran nümayiş etdirib. Edvin Vaqensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb.
Cavid