Əmək qabiliyyəti 15 yaşdan hesablanacaq Hadisə

Əmək qabiliyyəti 15 yaşdan hesablanacaq

Milli Məclisnin Əmək və Sosial Siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli deyib ki, prezidentin parlamentə təqdim etdiyi layihəyə əsasən, qanunun 14-cü maddəsinə əlavə edilən "Qeyd"də bildirilir ki, bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla 15 yaşından "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.
Əmək qabilliyyətli şəxslər I və II qrup əllillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.
Komitə sədri Hadı Rəcəbli çıxışı zamanı əlavə edib ki, gələcəkdə bu məsələnin üzərində yenidən çalışmaq lazımdır: "Çünki bu gün Azərbaycanda elə II qrup əlillər var ki, onların əmək qabiliyyətli imkanları var. Digər qanunda müddəa var ki, əlillərdən 25 nəfərdən biri işlə təmin olunmalıdır. Ona görə də bu kimi məsələdə müəyyən uyğunsuzluq yaranmış olur.

Bu məsələyə yenidən qayıtmaq lazımdır. Çünki qismən əmək qabiliyyətli olan II qrup əlillərə bəzən iş yeri verilir. İndiki halda isə I və II qruplar əmək qabiliyyətli deyil. Bunu da hazırki qanunvericiliyə ehtiva edirik".
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.