“Diqqət pozuntusu yalnız zehni deyil”
6 Yanvar 20:46
6 Yanvar 20:46
6 Yanvar 18:54
6 Yanvar 18:43
6 Yanvar 18:07
26 Mart 2023 11:31
3 024
Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.
Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir
6 Yanvar 17:59
903
6 Yanvar 17:45
917
6 Yanvar 16:03
1 064