Türk Hava Yolları İsrailə olan uçuşları ləğv edib Hadisə

Türk Hava Yolları İsrailə olan uçuşları ləğv edib

Türk Hava Yollarının bu gün həyata keçirməsi planlaşdırılan Təl-Əviv reysləri İsraildəki etirazlara görə qarşılıqlı olaraq ləğv edilib.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, İsraildə bazar günü axşam baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarını dayandırmağa çağıran müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra etiraz aksiyaları başlayıb.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.