

Mirzoyan və Kallas tərəfdaşlıq üzrə yeni gündəliyi müzakirə edib
Tokayev Prezident İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib
Prezident Tokayev: Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir
Varşava Putinin Polşanın hava məkanından keçərkən həbs olunmayacağına zəmanət vermir
Prezident İlham Əliyev Zaur Rauf oğlu Mikayılovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, bu təyinatadək Z.Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutub.
Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.
O, "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.
2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.
Daha sonra Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki, o, "Port Baku Towers"in baş direktoru olub.
"Bravo" supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy" MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq"in strukturuna daxildir.
2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.