Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
31 Mart 2023 11:38
2 961
Bu ilin üç ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 547 əməkdaşına töhmət verilib.
Bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalıstlər və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu tədbirlər abonentlərin məmnunluğunu təmin etmək məqsədi daşıyır.
“Bizim məqsədimiz nədir, abonent məmnunluğuna nail olmaqdır. Əgər kimsə abonentlərinin məmnunluğu yolunda bizə mane olacaqsa, onları inzibati qaydada tənbeh, islah edəcəyik ki, abonentə qarşı daha adekvat, demokratik, daha xidmətkar olsun. Bizim məqsədimiz, amalımız yalnız bundan ibarətdir”, - Eldəniz Vəliyev vurğulayıb.
Qeyd edək ki, hazırda “Azəriqaz” İB-nın abonentlərinin sayı 2,5 milyona çatıb.
28 Mart 17:47
1 134
28 Mart 15:54
1 183
28 Mart 15:07
1 050