Azərbaycanda daha 46 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edibHadisə
3 May 2023 16:02
1 911
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.