Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq - Ərəb Parlamentinin prezidenti Hadisə

Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq - Ərəb Parlamentinin prezidenti

Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq.

Trend-in məlumatına görə, bunu Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub.

“Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izləri tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək. Heydər Əliyev də tarixdə, xalqının yaddaşında daim qalacaq”, - deyə o əlavə edib.

O bildirib ki, Azərbaycan ilə ərəb dövlətləri arasında möhkəm münasibətlər bundan sonra da davam edəcək.

Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.