Katz İrana zərbələri gücləndirmək əmri verib
27 Mart 15:59
27 Mart 15:59
27 Mart 13:45
Bakıda subasma nəticəsində köməksiz vəziyyətdə qalan şəxslər təxliyə olunub - VİDEO
SEPAH: Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarı məhv edilib
Tramp: "ABŞ aviadaşıyıcısına eyni vaxtda 17 istiqamətdən hücum edilib"
SEPAH: "Dubayda 500 amerikalı hərbçinin sığınacağını vurduq"
Azərbaycanın məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun hesabatında işıqlandırılıb
6 İyun 2023 18:09
2 597
II və III ixtisas qrupları üzrə mayın 20-21-də keçirilmiş qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) də ona məxsusdur.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunları göstəriblər. S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticə (679.3 bal) də ona məxsusdur.