Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
9 İyun 2023 16:12
3 017
Bakı şəhəri Xətayi rayonu Günəşli qəsəbəsində yerləşən binalardan birində çətin vəziyyət yaranıb.
Bu barədə Trend-ə bina sakinləri bildiriblər.
Sakinlər sözlərinə görə, İnqilab İsmayılov küçəsi, bina 58 ünvanındakı 9 mərtəbəli yaşayış binasının zirzəmisi su ilə dolub. Nəticədə ərazidə çətin vəziyyət yaranıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Trend-ə bildirib ki, Xətai Rayon Sukanal İdarəsinin qəza briqadası bu gün hadisə yerinə baxış keçirib.
"Həmin binanın zirzəmisindən heç bir su xətti keçmir. Orada yalnız kanalizasiya xətləri var və onlarda da heç bir axıntı yoxdur. Zirzəmidə olan su qrunt sularıdır və binanın zirzəmisi qrunt sularından təmizlənir", - deyə o, əlavə edib.
24 Dekabr 13:57
1 155
24 Dekabr 13:39
1 365
24 Dekabr 13:31
1 813