Yazı müsabiqəsinin qalibləri mükafatandırılıb Hadisə

Yazı müsabiqəsinin qalibləri mükafatandırılıb

Azərbaycan əsgəri qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Xalqımız Silahlı Qüvvələrimizə, onun Ali Baş Komandanına güvənir.
Bu fikirlər "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirilən yazı müsabiqəsinin yekununa həsr olunan tədbirdə səsləndirilib.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov bildirib ki, müsabiqə Mətbuat Şurası ilə birgə təşkil olunub. Qısa müddətdə mövzu ilə bağlı müxtəlif KİV tərəfindən 100-dən çox yazı təqdim edilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqədə gənc jurnalistlərin üstünlük təşkil etməsini yüksək dəyərləndirib. Belə tədbirlərin qəhrəmanlıq salnaməmizin təbliği baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.
Sonra qaliblər mükafatlandırılıb. Birinci, ikinci, üçüncü yerlərdən əlavə 16 həvəsləndirici, 2 xüsusi mükafat təqdim edilib.
Sonda Milli Qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr edilən film nümayiş olunub.

Fərdi jurnalist müsabiqəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
4. İctimai və dövlət maraqlarının müdafiəsi
5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin social cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği
10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
16. Ekologiya və ətraf mühitin mühafizəsi
17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
18. Elm və təhsilin inkişaf etdirilməsi
19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı1 (bir) ilmüddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Qəzetdə dərc olunmuş yazıda"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"qeydi göstərilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1.Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən;
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"dan çıxarılan (1 il müddətində);
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV (6 ay müddətində).
QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

Yazıların qəbul qaydaları

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) - 1 nüsxə
2. Yazının Elektron variantı (Arial (12) şriftində -CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

Tələb olunan sənədlər

1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),
2.İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4.Şəxsi VÖEN və surəti,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 26 may 2016-cı il tarixdə başlayır, 12 iyul 2016-cı il tarixdə başa çatır (12 iyul 2016-cı il yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 6 qalib müəyyən edilir
I yer üçün bir nəfər (500 AZN)
II yer üçün iki nəfər (400 AZN)
III yer üçün üç nəfər (300 AZN)
Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.