Rəsmi qadağa Hadisə

Rəsmi qadağa

Bu çimərliklərə getməyin!


Gigiyena və Epidemiologiya Mərkəzi Səbail rayonun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilən qərarı qüvvədə saxlayıb.
Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor əvəzi Vaqif Abdullayev deyib.
Onun sözlərinə görə, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələlərinə nəzarət təmin olunmaqla aşkar olunan çatışmazlıqlar barəsində hər il Bakı şəhər İcra Hakimiyyətinin müvafiq icraçı qurumlarına təkliflər verilib.
"52 rayonun 2 683 kəndində 3 647 su mənbəyindən laboratoriya nümunələri götürülüb. 2 835 su mənbəyinin vəziyyəti bilavasitə Respublika GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib, tədbirlər hazırda davam etdirilir".