28 Oktyabr 12:30
Azərbaycanda hidrogen istehsalı üzrə yol xəritəsinin hazırlanması üçün hazırlıqlar gedir
Özləm Kahramaner: Azərbaycanla əməkdaşlıq Türk dövlətləri ilə rəqəmsal inteqrasiyaya töhfə verəcək
Rumıniya və Azərbaycan parlamentləri arasında İşçi qrupu yaradılması təklif olunub
Tramp: İsrailin zərbələri Qəzzada atəşkəsi təhlükə altına qoymur
1 Dekabr 2023 18:12
3 066
Naxçıvanda ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, direktorların seçim prosesi müsahibə əsasında keçirilib.
Qeyd edilib ki, müsahibə zamanı namizədlərin qanunvericilik üzrə nəzəri, peşə ilə bağlı texniki bilikləri və idarəetmə bacarıqları yoxlanılıb.
Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib. Namizədlər 5 ballıq sistemlə qiymətləndiriliblər və yekun orta balı 2,5 və daha yüksək olan şəxslər vəzifəyə uyğun hesab ediliblər. Müsahibənin nəticəsinə uyğun olaraq, 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, cari tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.