Torpağımı öpməyi mənə yaşadanlara təşəkkür edirəm - Füzuli sakini Hadisə

Torpağımı öpməyi mənə yaşadanlara təşəkkür edirəm - Füzuli sakini

Bizə bu günü, torpağımı öpməyi yaşadan Ali Baş Komandanımıza, Ordumuza təşəkkür edirəm.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Gülarə İsmayılova deyib.

Onun sözlərinə görə, 32 ildir doğma yurdumuzdan qaçqın düşümüşük. Bu günümüz üçün Allaha şükür edirəm.

"Allah şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrinə səbir diləyirəm. Qazilərimzə can-sağlığı arzulayıram. Allah Prezidentimizi qorusun, ona və ailəsinə can-sağlığı versin. Dəmir Yumruğu həmişə möhkəm eləsin ki, düşmənlərimiz bir daha bizə qarşı baş qaldırmasın. Allah Azərbaycanımızı qorusun, sülh, əmin-amanlıq olsun", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün 34 ailə, yəni 123 nəfər Füzuli sakini öz yurduna geri qayıdır. Beləliklə indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.