“Telegram”da yeni funksiyalar olacaq Hadisə

“Telegram”da yeni funksiyalar olacaq

Datamaynerlər (məlumatlarla işləyərək, onların axtarışını böyük kütləvi informasiyalarda həyata keçirən mütəxəssis) “Telegram”ın son beta-versiyasında kanallarda reklamları dayandırmaq və başqa yeni funksiyaları üzə çıxarıblar.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, mesencerdə olacaq yeniliklər barədə “Telegram” kanalının müəlliflərindən biri danışıb.

“Telegram” kanallarının sahibləri 20 və daha yuxarı səviyyəyə çatdıqdan sonra öz kanallarında mesencerdə quraşdırılmış reklamı qeyri-aktiv edə biləcəklər. Bu, bütün abunəçilər üçün promosyon blokunun göstərilməsini aradan qaldıracaq. Monetləşmə kanal sahibləri üçün də tətbiq olunacaq. Onlar gəlirin 50 faizini ala biləcəklər və ödənişlər TON kriptovalyutasında həyata keçiriləcək. Amma bu funksiya bütün bölgələrdə işləməyəcək.

Mesencer istifadəçiləri profillərində doğum tarixini və şəxsi kanalını qeyd edə biləcəklər. Biznes hesabları yaradan istifadəçilər bot inteqrasiyasına, həmçinin söhbətlər üçün “giriş”ə - müştərilərin biznes bölümünə yazmazdan əvvəl görə biləcəyi mesaja çıxış əldə edəcəklər.

Bu funksiyaların Android, iOS və PC-də “Telegram”ın stabil quruluşlarında nə vaxt görünəcəyi məlum deyil.