Tərtərdə üç nəfər minaya düşüb (YENİLƏNİB) Hadisə

Tərtərdə üç nəfər minaya düşüb (YENİLƏNİB)

Suqovuşanda 3 nəfər mülki şəxs mina partlaması nəticəsində xəsarət alaraq Tərtər rayon mərkəzi xəsdəxanasına gətirilib.

Bu barədə Trend-ə Tərtər Rayon Mərkəzi Xəsdəxanasının cərrah-həkimi Mübariz Mahmudov bildirib.

"Bunlardan İsmayılov Polad Alış oğlu, Tağızadə Arzuman Əhliman oğlu, Bağırov Elmin Elnur oğlu. Tağızadə Arzuman və Bağırov Elmin Bərdə rayon mərkəzi xəsdəxanasına göndərilib. Onlardan birinin hər iki ayağının travmatik amputasiyası, Arzumanın isə sağ bazu sümüyünün sınığıynan göndərilib. Tərtər rayon cərrahiyyə şöbəsində isə İsmayılov Polad üzün, sağ döş qəfəsinin, sağ yuxarı ətrafın çox saylı qəlpə yarası diaqnozu ilə müalicəyə cəlb olunub", - cərrah-həkim qeyd edib.

xxx

16:37

Tərtərdə mina hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Belə ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!