27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
10 Aprel 2024 11:01
3 997
Ağdaşda 5 yaşlı uşağı maşın vurub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub.
Piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
27 Dekabr 10:14
1 687
26 Dekabr 21:03
1 855
26 Dekabr 20:09
3 087