Qarabağ və Şərqi Zəngəzurda pərakəndə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Nazir: "Yaşıl enerji" layihələri Avropa İttifaqı ilə əməkdaşlığı daha da gücləndirir
Borrero: Xəzər–Avropa yaşıl enerji dəhlizi üzrə əməkdaşlıq genişləndiriləcək
Tramp İran əməliyyatını dörd məqsədə çatana qədər dayandırmayacaq
16 Aprel 2024 09:41
2 163
Aprelin 16-da saat 00:28 radələrində yük qatarı Qala stansiyasında hərəkətdə olarkən “Vaz” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttinin keçməsi qəzaya səbəb olub.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.
Həmin gün saat 04:50 radələrində Əmircan stansiyasında "Toyota Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirərək stansiyada yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb.
Qəzalarla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.