Bakı metropoliteninin bənövşəyi xəttində qatarların hərəkət qrafiki dəyişdirilir Hadisə
24 İyun 2024 17:09
3 157

Yeni tədris mövsümünə qədər Bakı metropoliteninin Bənövşəyi xəttində davamlı tətbiq edilən yeniliklərin, o cümlədən qatarların hərəkətini tənzimləyən sistemlərin yoxlanılmasına başlanılacaq.
Bakı metropolitenindən "APA-Economics"ə verilən məlumata görə, “Xocəsən” elektrik deposunun inşaatı birinci mərhələ üzrə başa çatdırılaraq istifadəyə verildikdən sonra, Bənövşəyi xətdə qatarların sayının artırılaraq, daha intensiv hərəkətin təşkilinə başlanılıb. Bununla qatarların baxışı, qulluğu, xidməti və təmiri, ən əsası, hərəkətin təşkili və xətt üzrə infrastruktur işlərinin aparılmasına zəmin yaranıb. Yeniliklərin tətbiqi, eləcə də dövrü tənzimləmə işlərinin sınaqları məqsədilə “Xocəsən” elektrik deposunda qatarların mərhələ ilə növbədənkənar yoxlanılması və texniki təftişinin aparılması da nəzərdə tutulub. Bu məqsədlə xətdə olan qatarlar növbə ilə yoxlama-təftiş prosesinə cəlb ediləcək. Bu zaman sərnişin təhlükəsizliyinə əməl olunması, bu xüsusda hərəkət qrafikinin pozulmaması, hərəkətin təşkilinə neqativ təsirlərin aradan qaldırılması vacib şərtlərdəndir.
Qeyd edilənlər nəzərə alınaraq, Bakı metropoliteninin Bənövşəyi xəttində qatarların hərəkət qrafikinə iyun ayının 25-dən dəyişiklik ediləcək. Qeyd edilən işlərlə əlaqədar xətt üzrə qatarların əksəriyyətinin “Xocəsən” elektrik deposundan dönməsi zəruriyyəti yarandığından, “8 Noyabr-Avtovağzal” və “8 Noyabr-Xocəsən” marşrutları üzrə gün ərzində 10 dəqiqəlik hərəkət intervalı tətbiq ediləcək. Qeyd edək ki, buna qədər sərnişin axını nəzərə alınmaqla, “8 Noyabr-Avtovağzal” sahəsində qatarların hərəkəti 8 dəqiqəlik intervalla tənzimlənirdi.
Yay mövsümündə hərəkət qrafikinə edilən dəyişikliklərin əsas məqsədi yeni tədris mövsümünə qədər xətdə tətbiq edilən yeniliklərin və qatarların hərəkətini tənzimləyən sistemlərin optimal saz vəziyyətdə olmasını təmin etməkdir.
Qatarların hərəkət intervalı yeni tədris mövsümü ərəfəsində bərpa ediləcək.
“Xocəsən” elektrik deposuna və əksinə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc olunur.
15:56
175
14:52
532
14:09
665
-
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yenilənib
-
“907-ci maddə Azərbaycan-ABŞ münasibətlərinə ləkədir”
-
Nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib
-
Yəmən hökuməti Ədənin əsas ərazilərinə nəzarəti bərpa edib
-
“Müsahibə Prezident Əliyevin “müharibədən sonra yeni siyasi-iqtisadi düzən” yanaşmasını təsdiqləyir”
-
"Nestle" şirkətinin uşaq qidaları dövriyyədən geri çağrıldı
-
Zelenski: sülh üçün ən çətin mərhələ başlayıb
-
Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verdi
-
Sudanda dron hücumu: 10 nəfər həlak olub
-
“Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır”
-
Pakistanda ağır avtobus qəzası: 5 nəfər ölüb
-
Türkiyə Prezidenti: Bölgəmizin üzləşdiyi ciddi təhlükələrin şahidi oluruq
-
Teodora Georgieva: ICGB-nin genişləndirilməsi Azərbaycan qazının Avropada mövqeyini daha da gücləndirəcək
-
Əraqçi: ABŞ-la danışıqlar üçün uyğun şərait yoxdur
-
AMB Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb
-
Fransa ABŞ-ın Qrenlandiyanı ilhaq etməsi halına tədbirlər planı hazırlayır
-
Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd olunub
-
Amerikalı senator: İrandakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq
-
İran üçün hazırlanan “V” planı
-
Tanınmış alim və həkim Nuru Bayramovun biblioqrafik göstəricisi işıq üzü görüb
-
KİV: ABŞ-ın hərbi təyyarələri kütləvi şəkildə Avropa bazalarına göndərilir, hədəf İran ola bilər
-
Sabahın havası açıqlanıb
-
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edilib
-
Fransa millisinin futbolçusu "Fənərbağça"da
-
“Fənərbağça” qapıçısını icarəyə verib
-
Tanınmış rejissor Cəfər Pənahi həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir
-
Bakıda yük və minik maşınları toqquşub, ölən var
-
Urmuda idman yarışı tamaşaçısız keçiriləcək
-
Urmu gölü transmilli problemdir - Arif
-
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib
-
Pakistan Banqladeşə qırıcı təyyarələr satmağı planlaşdırır
-
Səfərbərlik Xidmətinin rəisi Neftçalada qəbul keçirəcək
-
Gürcüstanda toyda azərbaycanlılar arasında insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib
-
Prezident İlham Əliyevin telekanallara müsahibəsi: Ölkə daxilindən qlobal siyasətə qədər geniş gündəm - TƏHLİL
-
Cənub Keçid Şurası Ər-Riyad nümayəndə heyəti ilə əlaqənin itdiyini açıqlayıb
-
Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək
-
Bakıda mənzildə 87 yaşlı qadının meyiti tapılıb
-
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi beş gəmisinin sanksiyaya məruz qalması ilə bağlı apellyasiya müraciəti hazırlayıb
-
Dövlət vəsaitlərinin idarə edilməsindən 121 mln. manat gəlir əldə olunub
-
ABŞ Qrenlandiyanı güc yolu ilə ələ keçirə bilər
-
Qaradağda usta avtomobillərin hissələrini oğurlayıb
-
Memar: Ənənələrin qorunması ilk növbədə şəhərin tarixi yaddaşına hörmətdir
-
FHN dumanlı hava ilə əlaqədar gəmi istifadəçilərinə müraciət edib
-
Abşeronda “sosial eksperiment” adı altında dələduzluq edilib
-
Karakas və Vaşinqton Venesuela neftinin ABŞ-a ixracı ilə bağlı razılığa gəlib
-
Dünya bazarlarında neftin qiyməti azalıb
-
Makron: Minlərlə fransız əsgəri Ukraynaya göndərilə bilər
-
İranda etirazçılar iki şəhərin nəzarətə alındığını bildirir
-
Gəncədə 18 yaşlı oğlan qətlə yetirilib
-
Çinin şimal-qərbində 5,2 bal gücündə zəlzələ baş verib
-
ABŞ-ın təqib etdiyi tankeri müşayiət etmək üçün Rusiya sualtı qayıq göndərib
-
Azərbaycan neftinin qiyməti cüzi azalıb
-
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
-
İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
-
ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalamayıb
-
Bakıda sürücü yola uzanmış 23 yaşlı kişini vuraraq öldürüb
-
Azərbaycanda pul bazası 7%-dən çox artıb
-
BDYPİ sürücülərə çağırış edib
-
Dumanlı hava daha 2 gün davam edəcək
-
Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb
Xəbər lenti

