Terrorçuların İzmirdəki planı Hadisə

Terrorçuların İzmirdəki planı

Türkiyənin İzmir şəhərində terrorçular məhkəmə binasına daxil olmaq istəyirdilər.
"Hürriyyət"in verdiyi məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Nazir qeyd edib: "Bizim dəyərləndirməmizə görə, partlayışdan sonra terrorçulardan biri binaya qumbaratandan atəş açacaq, digəri isə əl bombaları ilə binaya daxil olacaqdı. Tank əleyhinə olan bu qumbara 1,5 metrlik divarı dəlib keçmək gücündədir".
B.Bozdağın sözlərinə görə, terrorçular əraziyə iki avtomobillə gəliblər. Avtomobillərdən birində partlayıcı qurğu, digərində isə terrorçular olub:
"Terrorçuların bu planının qarşısını polis əməkdaşı Fethi Sekin alıb".
Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub.