AMB: Bu il xaricə birbaşa investisiyaların böyük hissəsi İtaliyaya yatırımla bağlı olub
Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb - FOTO
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
Özbəkistan və Azərbaycan arasında ticarətin artırılması üçün informasiya platforması hazırlanır
10:49
399
“Rusiya Ermənistana qarşı təzyiq vasitələrindən biri və ən böyüyü kimi qaz şantajından həmişə istifadə edir. Son zamanlar bu, tez-tez dilə gətirilir. Hətta Putin son çıxışlarının birində Ermənistan üçün qazın qiymətinin çox ucuz olduğunu, Avropadan 4 dəfə ucuz satdıqlarını dedi və eyham da vurdu ki, əgər Ermənistanla münasibətlərdə gərginlik olsa, qazın qiyməti arta bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
N.Cəfərlinin sözlərinə görə, amma burada Rusiyanın yanlış təqdimatı var: “Çünki Rusiya Ermənistan ərazisində qazı özünə ucuz qiymətə satır. Çünki “Qazprom Armenia”, yəni Ermənistanın qaz paylayıcı şirkəti Rusiyanın nəzarətindədir, Rusiyaya məxsusdur. Onlar qazı özlərinə ucuz satıb, sonra əhaliyə baha satırlar. Yəni əhali Ermənistanda qazı ucuz almır. Hətta təxmini Gürcüstanla eyni qiymətə alır. Ona görə də bu, yanlış təqdimatdır, Rusiya tərəfindən şantajdır”.
Ekspert söyləyib ki, son zamanlar bu şantajın sanki bir görüntüsü kimi də illik təmir adı altında Ermənistana qaz verilməsini 10 günlük bağladılar: “Bu da bir növ Rusiya tərəfindən göstərmək üçündür ki, yəni baxın, biz bunu istədiyimiz an edə bilərik və sizin qaz probleminiz arta bilər. Yəni bu, sadəcə Ermənistana ciddi şantajdır”.
Röya İsrafilova
09:27
525
09:22
1 722
14 Sentyabr 17:37
1 211