Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
Kəmaləddin Heydərov: Azərbaycan taekvondosu davamlı inkişaf edir
Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib
AZAL təyyarəsinin vurulduğu təsdiqlənib: Araşdırmalar danılmaz reallığı üzə çıxarır
14 Avqust 2024 13:18
2 562
Vakansiyaların az olması və ya olmaması ilə bağlı məsələyə gəldikdə demək istərdik ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır.
APA xəbər verir ki, bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir:
"Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir".