Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
“OliverWyman": Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər
Orta Dəhlizdə daşımaların sürətləndirilməsi üçün yeni logistik həllər tətbiq edilir
Moskvada Rusiya güc strukturunun yüksək vəzifəli şəxsinə qarşı hücum planının qarşısı alınıb
Türkiyədə meydanda rəqibinin başına təpiklə zərbə endirən futbolçu həbs olunub
14 Sentyabr 2024 13:17
4 606
Sentyabrın 15-də gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.