Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi beynəlxalq mediada geniş işıqlandırılıb
Ərdoğan: ABŞ-ın Maduronu Türkiyəyə dəvət etməsi xəbərləri doğru deyil
2025-ci ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-ə yaxın artıb
Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutuları Britaniyaya göndəriləcək
25 Sentyabr 2024 15:02
3 143
Azərbaycanın ən sürətlisi “Bakcell”in uzun illər tərəfdaşı olduğu “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya başa çatıb. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və sentyabrın 7-dən 21-dək davam edən builki aksiyanın sonuncu məntəqəsi Novxanı sahilləri olub.
“Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya, bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. Kampaniyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərinin təşviqidir.
“Bakcell” əməkdaşları da aksiyada fəal iştirak edərək sahil təmizləmə işlərinə öz töhfələrini veriblər. Onlar həm tullantıların yığılması, həm də onların çeşidlənərək təkrar emala göndərilməsində yaxından iştirak ediblər.
Ekoloji aksiyalarda iştirak “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və davamlılıq mövzularında təşəbbüsləri dəstəkləməyi və bu sahədə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
15:56
588
14:52
693
14:09
868