Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
11 Oktyabr 2024 15:00
2 919
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 20 kəndin 10 və 0,4 kilovoltluq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla bağlı Energetika Xidməti tərəfindən ilkin olaraq dövlət satınalınması həyata keçirilib. Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun Xanlıqlar və Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinə başlanılıb. Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün müvafiq tender elan edilib.
Ümumiyyətlə muxtar respublikanda kəndlərin elektrik təsərrüfatının yenidən qurulması üçün Xidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərək, mal-materiallar alınıb. Alınan müasir SİP kabellər və aksesuarları, güc transformatorları, izolyatorlar, kabel ucluqları, tikinti materialları və digər avadanlıqlar muxtar respublika üzrə şəhər və rayon elektrik şəbəkələrinə göndərilib. Həmçinin ötən əsrin sonlarından istismar olunan hava elektrik verilişi xəttləri yenilənəcək, istismar müddəti bitmiş taxta dirəklər dəmir-metal dirəklərlə əvəz olunacaq. Nəticədə abonentlər daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq, şəbəkələrdə qəza və açılmaların sayı minimuma endiriləcək, elektrik enerjisinin texniki itkiləri azalacaq.
25 Sentyabr 18:21
1 064
25 Sentyabr 17:17
784
25 Sentyabr 17:16
735