2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
15 Oktyabr 2024 21:41
3 850
Bakıda qanunsuz tikintinin qarşısı alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Hüseynbala Əliyev küçəsindəki obyektin sahəsinin razılaşdırılmadan genişləndirilməsi faktı aşkar edilib.
Nəticədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikinti işlərinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına məlumat verilib.