İğdırda dəhşətli qəza Hadisə

İğdırda dəhşətli qəza

4 azərbaycanlı öldü, 26-sı yaralandı

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qızın şəxsiyyəti isə hələ müəyyənləşməyib.
Qeyd edək ki, bundan əvvəl qəza nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyü bildirilirdi. Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov və səhiyyə naziri Niyazi Novruzov Türkiyənin İğdır vilayətində qəza yerində olublar.