Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar Hadisə
4 Fevral 2025 16:50
2 310

Bu il “SpaceX” daşıyıcı raketi vasitəsilə “PocketQube” piko-peykinin kosmik orbitə buraxılması planlaşdırılır.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Bu layihə Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutacaq.
“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.
Standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.
“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) vasitəsilə kiçik peyklərin orbitə buraxılması xərclərinin azalması layihənin iqtisadi baxımdan daha əlçatan olmasını təmin edir. “Rideshare” proqramının mahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlif müştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitə çıxarılır.
Bundan əlavə, “SpaceX”in yüksək etibarlı buraxılış platforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitə çatdırılmasını təmin edəcək və layihənin texniki və elmi məqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.
-
Zelenski: sülh üçün ən çətin mərhələ başlayıb
-
Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verdi
-
Sudanda dron hücumu: 10 nəfər həlak olub
-
“Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır”
-
Pakistanda ağır avtobus qəzası: 5 nəfər ölüb
-
Türkiyə Prezidenti: Bölgəmizin üzləşdiyi ciddi təhlükələrin şahidi oluruq
-
Teodora Georgieva: ICGB-nin genişləndirilməsi Azərbaycan qazının Avropada mövqeyini daha da gücləndirəcək
-
Əraqçi: ABŞ-la danışıqlar üçün uyğun şərait yoxdur
-
AMB Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb
-
Fransa ABŞ-ın Qrenlandiyanı ilhaq etməsi halına tədbirlər planı hazırlayır
-
Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd olunub
-
Amerikalı senator: İrandakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq
-
İran üçün hazırlanan “V” planı
-
Tanınmış alim və həkim Nuru Bayramovun biblioqrafik göstəricisi işıq üzü görüb
-
KİV: ABŞ-ın hərbi təyyarələri kütləvi şəkildə Avropa bazalarına göndərilir, hədəf İran ola bilər
-
Sabahın havası açıqlanıb
-
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edilib
-
Fransa millisinin futbolçusu "Fənərbağça"da
-
“Fənərbağça” qapıçısını icarəyə verib
-
Tanınmış rejissor Cəfər Pənahi həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir
-
Bakıda yük və minik maşınları toqquşub, ölən var
-
Urmuda idman yarışı tamaşaçısız keçiriləcək
-
Urmu gölü transmilli problemdir - Arif
-
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib
-
Pakistan Banqladeşə qırıcı təyyarələr satmağı planlaşdırır
-
Səfərbərlik Xidmətinin rəisi Neftçalada qəbul keçirəcək
-
Gürcüstanda toyda azərbaycanlılar arasında insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib
-
Prezident İlham Əliyevin telekanallara müsahibəsi: Ölkə daxilindən qlobal siyasətə qədər geniş gündəm - TƏHLİL
-
Cənub Keçid Şurası Ər-Riyad nümayəndə heyəti ilə əlaqənin itdiyini açıqlayıb
-
Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək
-
Bakıda mənzildə 87 yaşlı qadının meyiti tapılıb
-
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi beş gəmisinin sanksiyaya məruz qalması ilə bağlı apellyasiya müraciəti hazırlayıb
-
Dövlət vəsaitlərinin idarə edilməsindən 121 mln. manat gəlir əldə olunub
-
ABŞ Qrenlandiyanı güc yolu ilə ələ keçirə bilər
-
Qaradağda usta avtomobillərin hissələrini oğurlayıb
-
Memar: Ənənələrin qorunması ilk növbədə şəhərin tarixi yaddaşına hörmətdir
-
FHN dumanlı hava ilə əlaqədar gəmi istifadəçilərinə müraciət edib
-
Abşeronda “sosial eksperiment” adı altında dələduzluq edilib
-
Karakas və Vaşinqton Venesuela neftinin ABŞ-a ixracı ilə bağlı razılığa gəlib
-
Dünya bazarlarında neftin qiyməti azalıb
-
Makron: Minlərlə fransız əsgəri Ukraynaya göndərilə bilər
-
İranda etirazçılar iki şəhərin nəzarətə alındığını bildirir
-
Gəncədə 18 yaşlı oğlan qətlə yetirilib
-
Çinin şimal-qərbində 5,2 bal gücündə zəlzələ baş verib
-
ABŞ-ın təqib etdiyi tankeri müşayiət etmək üçün Rusiya sualtı qayıq göndərib
-
Azərbaycan neftinin qiyməti cüzi azalıb
-
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
-
İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
-
ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalamayıb
-
Bakıda sürücü yola uzanmış 23 yaşlı kişini vuraraq öldürüb
-
Azərbaycanda pul bazası 7%-dən çox artıb
-
BDYPİ sürücülərə çağırış edib
-
Dumanlı hava daha 2 gün davam edəcək
-
Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
Yəmən hökuməti STC sədri əl-Zubeydini xəyanətdə ittiham edib
-
Bu günün valyuta məzənnələri
-
KTM: Ötən il 1188 zəhərlənib, 46 nəfər ölüb
-
SN: Mövsümi virus infeksiyalarının artması pnevmoniya riskini yüksəldir
-
ABŞ Venesuelanın daxili işlər nazirindən Vaşinqtonun maraqlarına mane olmamağı tələb edib
Xəbər lenti

