Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
12 Fevral 2025 15:21
2 478
Araşdırma aparmalıyıq ki, bizə gələcəkdə hansı peşələr üzrə daha çox və hansı sayda mütəxəssis lazım olacaq.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, qanun layihəsi Prezident İlham Əliyevin keçmiş qaçqın və məcburi köçkünlərə növbəti diqqət və qayğısıdır: "Bu dəyişiklik əhalinin gələcəkdə məskunlaşmasına da ciddi təsir göstərəcək. İki məqam önəmlidir. Birinci, araşdırma aparmalıyıq ki, bizə gələcəkdə hansı peşə üzrə daha çox və hansı sayda mütəxəssis lazım olacaq, ona da uyğun ixtisasları müəyyən etməliyik. İkinci, bu gün həmin ərazilərdə yeni müəssisələr yaradılır, onlarla təhsilverənlər arasında sıx əməkdaşlıq olmalıdır. Bu, həm də geri qayıdan vətəndaşların işlə təmini baxımından xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətdə peşə təhsilinə marağı daha da artırmaq üçün təbliğata ehtiyac var. Əgər bu istiqamətdə ciddi iş getməsə, gələcəkdə bir sıra sahələr üzrə mütəxəssislərin tapılmasında çətinliklər yarana bilər”.
Qeyd edək ki, qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
25 Sentyabr 18:21
1 050
25 Sentyabr 17:17
784
25 Sentyabr 17:16
735