Xüsusi və dövlət mülkiyyətdə olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq
Minik avtomobillərinin yerli istehsalının təşviqi üçün 6 il müddətində güzəşt olacaq
Fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə vergi yeni qaydada hesablanacaq
Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır
1 Mart 2025 13:45
3 437
Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür. Gecə saatlarından başlayaraq hərəkət iştirakçılarının təhlükəsizliyi üçün zəruri tədbirlər görülür, yolda qalan sürücülərə köməklik göstərilir, maarifləndirmə işi aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.
Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.