Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29
4 Noyabr 23:29
08:03
560
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə baş tutan yarışda Vətən müharibəsində tarixi Zəfərin 44 gün ərzində qazanılmasının rəmzi olaraq Akademiyanın 44 tələbəsi iştirak edib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxışında Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq, şahmat yarışının bu əlamətdar günə həsr olunmasının gənclərdə vətənpərvərlik ruhunun, intellektual düşüncə və strateji qərarvermə bacarıqlarının təşviqinə xidmət etdiyini bildirib.
Yarışın nəticələrinə əsasən, Beynəlxalq ticarət və logistika ixtisasının II kurs tələbələri Əli Abışov birinci, İsmayıl Dadaşzadə ikinci, İqtisadiyyat ixtisasının I kurs tələbəsi İsmayıl Yelkiyev isə üçüncü yerə layiq görülüb. Qızlar arasında isə İnformasiya texnologiyaları ixtisasının I kurs tələbəsi Tərminə Həsənli yüksək nəticə göstərərək birinci olub.
Yekunda qaliblər kubok, medal və sertifikatlarla təltif ediliblər.
Cavid
08:39
308
4 Noyabr 22:15
805
4 Noyabr 22:00
805


