Müdafiə naziri HHQ Təlim Mərkəzində olub Hadisə

Müdafiə naziri HHQ Təlim Mərkəzində olub

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi iyunun 7-də Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.
MN-dən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıqlar, trenajor və simulyasiya siniflərinə baxış keçirib.
Müdafiə naziri təlim-məşq hazırlığının müasir avadanlıqların tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verib.