Qanunsuz saxlanılan 6 avtomat, 1 pulemyot və 22 qumbara aşkarlanıb
Rutte: NATO Rusiya və Çinin Qrenlandiyaya iqtisadi və hərbi çıxışının qarşısını alacaq
Səfir: Ukrayna Azərbaycanla hərtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqdir
NATO Baş katibi: Rusiya Ukraynada dekabrda 30 min hərbçi itirib
12 Aprel 2025 23:05
2 835
22:21
Bakıda 4-cü sinif şagirdi itkin düşüb.
Xalqcebhesi.az xəbər verir ki, Ayxan Zəfər oğlu Elizadədən təxminən 4 saatdır xəbər tutmaq mümkün deyil.
Onun son dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görüldüyü bildirilir.
Ayxan evdən çıxan zaman fotoda əks olunan geyimdə olub.
Görənlərdən və ya məlumatı olanlardan xahiş olunur ki, aşağıdakı nömrələrlə dərhal əlaqə saxlasınlar: Tel: +994 77 733 05 05
***
Paytaxtın Xətai rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən “Play station” oyun salonunda tapılıb. Onun itkin düşməsində kriminal tərkib yoxdur.
Bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.