“İrəvan hüquqlarımızı pozmaqda davam edir” Hadisə

“İrəvan hüquqlarımızı pozmaqda davam edir”

Millət vəkili Qənirə Paşayeva Almaniya, Fransa və İspaniyanın tanınmış təşkilat rəhbərləri ilə görüşüb. Millət vəkili görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı danışıb.
Q.Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulduğunu Almaniyanın Ailə İşləri, Vətəndaşlar, Qadın və Gənclər üzrə Dövlət Katibi Elke Ferner, İspaniyanın Dünya Vəhşi Təbiət Fondunun Donor əlaqələr üzrə rəsmisi Marqarita de Cos Head, Fransanın Etika və İdarəetmə onlayn idarəetmə analitik şirkətinin rəhbəri Floren de Syent-Pyerrin diqqətinə çatdırıb.