Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
5 İyun 2025 15:51
3 787
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədinə gedən avtomobil yolunun 28-ci kilometrliyində, hazırda fəaliyyətsiz olan və sahibi məlum olmayan sahədə yanğın qeydə alınıb.
APA-nın məlumatına görə, yanğın zamanı həmin ərazidə yerləşən bir ədəd mazutvuran nasos və təxminən 30 kvadratmetr sahədə mazut yanaraq məhv olub.
Hadisə baş verən vaxt ərazidə fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.