

“Pakistan ölkəmizin ərazisinədək çata biləcək kontinentlərarası ballistik raket hazırlayır”.
APA-nın "Republic World" nəşrinə istinadən xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu addım ya ABŞ-ın mümkün zərbələrinə, ya da Hindistanla gələcəkdə baş verməsi ehtimal olunan müharibəyə hazırlıq məqsədi daşıyır.
Məlumatda rəsmi İslamabadın bu addımı atmasının ABŞ-la gərginlik yaradacağı və İslamabadı rəsmi Vaşinqtonun nüvə məsələsindəki düşmənlərindən birinə çevirəcəyi də açıqlanıb.