Göyçayda motosiklet qəza törədib, sürücü ölüb Hadisə

Göyçayda motosiklet qəza törədib, sürücü ölüb

Göyçayda “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Göyçay şəhəri ərazisində baş verib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.