11:52
385
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfəri çərçivəsində “Intel” şirkətinin vitse-prezidenti Sara Kemp ilə görüş keçirib.
Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.
Məlumata görə, görüşdə süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, “ağıllı” mobillik və bu sahələrdə milli kadr hazırlığı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
İnsan kapitalının inkişafı istiqamətində təlim proqramlarına dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycanın prioritet sektorlar üzrə birgə investisiyanın və tətbiqi həllərin araşdırılmasına hazır olduğu bildirilib.