12:15
455
Azərbaycan İnnovasiya Mərkəzində “Azərkosmos”un təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən “Milli Kosmik Hakaton”unda Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbəsinin komandası yüksək nəticə göstərib. Belə ki, Akademiyanın “İnformasiya Texnologiyaları” ixtisasının III kurs tələbəsi Mirməhəmməd Mənsimovun kapitanı olduğu komanda 150 komanda arasından seçilərək finala yüksəlib.
Komanda “SatWater” adlı peyk məlumatlarına əsaslanan avtomatik suvarma sistemi layihəsi təqdim edib. Layihə funksionallığı və tətbiq imkanları ilə yüksək qiymətləndirilib və ilk onluğa daxil olub.
Bu uğurlu nəticəyə görə komanda İsrail Aerokosmik Sənayesinin (IAI) “Vistar” akselerasiya proqramına birbaşa qəbul edilib. 7 həftəlik proqram çərçivəsində layihə inkişaf etdiriləcək və investorlar qarşısında təqdim olunacaq.
Qeyd edək ki, 150 komandadan yalnız 15-nin finala yüksəldiyi hakatonun məqsədi gəncləri kosmos və innovasiya sahəsində bir araya gətirərək həm innovativ yanaşmaların inkişafını, həm də kosmik sahibkarlığa marağın artmasını təmin etməkdir.
Cavid