Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir Hadisə

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

İnnovasiya lideri Bakcell danışıq dəqiqələri, internet, SMS paketləri, rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99 AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edəcəklər.

Məsələn, “GO 11.99” tarifi çərçivəsində “Bakcell” abunəçiləri 5 GB internet, 300 ölkə daxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və “WhatsApp”da limitsiz yazışmaq imkanı qazanacaqlar. Sözügedən tarifə qoşulmaq üçün sadəcə *905#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki, cari tariflərdən yeni “GO” tariflərinə keçid tamamilə ödənişsizdir.

“GO” tarifləri barədə ətraflı məlumatı rəsmi sayt, həmçinin Bakcell mobil tətbiqindən əldə edə bilərsiniz.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.