SEPAH: ABŞ aviadaşıyıcıları İran sahillərindən 1000 km uzaqlaşıb Dünya

SEPAH: ABŞ aviadaşıyıcıları İran sahillərindən 1000 km uzaqlaşıb

Fars körfəzində ABŞ-a məxsus aviadaşıyıcı gəmilər yoxdur, onlar İran sahillərindən 1000 km məsafəyə geri çəkiliblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini general Əli Fədavi bildirib.

"Biz artıq gücümüzün minimumundan istifadə etmişik və amerikalılar bunu bildikləri üçün min kilometr geri çəkiliblər. Amerikalıların ən zəif nöqtəsi onların gəmiləridir. Nə Fars körfəzində, nə də bizdən min kilometr məsafədə aviadaşıyıcı yoxdur. Amerika yalan siqnallar yaradır və onların gəmiləri iddia etdiklərindən daha uzaqdadır ki, bu da qüvvələrimizin tam hazırlıqlı olmasından xəbər verir", — deyə o, İran dövlət teleradio şirkətinin efirində qeyd edib.

Məryəm Quliyeva