Bakıda futbol meydançasında meyit tapılıb Hadisə

Bakıda futbol meydançasında meyit tapılıb

Bakının Nizami rayonunda meydançada meyit tapılıb.

Hadisə avqustun 2-də Q.Qarayev prospekti 81-də yerləşən futbol meydançasında qeydə alınıb.

Meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.

Meyit üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.