11:15
308
İsrail hakimiyyəti Qəzza zolağında dinc tənzimləmə planının ikinci mərhələsinin icrası üzrə bir sıra şərtləri ABŞ rəhbərliyinə təqdim edib. Xüsusilə, İsrail tərəfi anklavda radikal Fələstin hərəkatı HƏMAS birləşmələri tərəfindən təhlükə yarandığı təqdirdə, onlara qarşı hərbi əməliyyatların keçirilməsi hissəsində fəaliyyət azadlığının saxlanılmasında təkid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, İsrail həmçinin Qətər və Türkiyənin sülh sazişinin bəndlərinin icrasına nəzarət edəcək ölkələr sırasından çıxarılmasını tələb edir. Bundan əlavə, İsrail rəhbərliyi sazişin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində HƏMAS-ın təhvil verməli olduğu silahların məhv edilməsini vacib hesab edir.
Məryəm Quliyeva