11:06
315
Avropa İttifaqı üçün üzv ölkələrdən birinin etirazı ilə qarşılaşmadan Rusiyaya qarşı sanksiyalar üçün yeni hədəflər tapmaq getdikcə daha da çətinləşir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Nəşrin versiyasına görə, 21 sanksiya paketindən sonra əvvəllər demək olar ki, yekdilliklə çıxış edən ölkələrin qəbul etdiyi mexanizm yorğunluq əlamətləri göstərməyə başlayır. Çünki siyahı artıq o qədər genişdir ki, hər hansı bir üzvün müqaviməti ilə qarşılaşmadan yeni hədəflər tapmaq getdikcə mürəkkəbləşir. "Bruegel" analitik mərkəzinin tədqiqatçısı Yakob Funk Kirkeqorun fikrincə, Avropa İttifaqı artıq özünün "sanksiyalar zirvəsinə" çatır; yəni hökumətlər Rusiyaya qarşı yeni məhdudiyyətlərin tətbiqindən daha çox öz iqtisadi maraqlarına üstünlük verməyə başlayırlar.
Nəşrin məlumatına görə, 21-ci sanksiyalar paketi buna bariz nümunə olub. Onu yalnız bir sıra dövlətlərin tələbləri nəzərə alındıqdan sonra razılaşdırmaq mümkün olub.
Məryəm Quliyeva